AZ

Xameneidən Trampa: Bu, yaxşı etirafdır

İranın ali lideri Əli Xamenei bəyan edib ki, ABŞ heç vaxt İslam Respublikasını devirməyə nail ola bilməyəcək və xəbərdarlıq edib ki, hətta dünyanın ən güclü silahlı qüvvələri belə sarsıdıcı məğlubiyyətlə üzləşə bilər.

Ölkə.Az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.

“ABŞ prezidenti son çıxışlarından birində dedi ki, 47 il ərzində Amerika İslam Respublikasını məhv edə bilməyib və bundan öz xalqına şikayətləndi. 47 il ərzində Amerika İslam Respublikasını məhv edə bilməyib! Bu, yaxşı etirafdır, bundan sonra da bacarmayacaqsınız”, - o Şərqi Azərbaycan vilayətinin sakinləri ilə görüşdə bildirib.

Xameneinin bu fikirləri Donald Trampın bir neçə gün əvvəl “rejim dəyişikliyinin baş verə biləcək ən yaxşı şey olacağını” deməsindən sonra səslənib.

Seçilən
100
1
olke.az

2Mənbələr