AZ

Rusiyada azərbaycanlılara qarşı təxribat törədən şəxs saxlanılıb

AzVision.az xəbər verir ki, istintaqın ehtimalına görə, 2025-ci ilin yayında Nurıyev Yekaterinburqdakı binaların üzərində Azərbaycan dilində “Ruslara ölüm”yazılmış 13 qara qraffiti çəkib.

İttihama əsasən, Nurıyev gələcək qraffitilər üçün tapşırıq və eskizləri başqırdıstanlı Rişat Tokayevdən, o isə öz növbəsində onları “Kristina Korallova” Telegram-hesabı olan naməlum şəxsdən alıb. Prokurorluq onu da bildirib ki, Nurıyevə Qleb Repyev kömək edib. O, Nurıyev qraffiti çəkən vaxt ümumi vəziyyətə nəzarət edib.

Daniil Nurıyevin öz günahını tamamilə etiraf etdiyi bildirilir.

Rusiyada azərbaycanlıların məhkəməsi: prokuror sərt cəza istəyir
Məhkəmədə həmçinin binalarda və mediada yazılan qraffitiləri görən həyət təmizləyicisi Sergey Kuzminıx, yoldan keçən Dmitri Midryakov və “Vımpel-2” özəl mühafizə şirkətinin direktoru Timofey Krılov da dindirilib. Onların hamısı binalarda və mediada yazılan qraffitiləri gördüklərini bildiriblər.

Krılov qraffitini “Google Translate” vasitəsilə tərcümə edərək buna mənfi reaksiya verib və“öz ölkəsinin vətənpərvəri” olduğunu bildirib. Bunu gördükdən sonra o, polisə müraciət edib.

“Xüsusilə də Azərbaycan diasporunun üzvlərinin həbsini nəzərə aldıqda, yazılar məni təşvişə saldı”,– Krılov deyib.

Yeri gəlmişkən, bu gün Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinskinin və digər soydaşlarımızın məhkəmə prosesində prokuror onlara çox sərt cəzaların verilməsini istəyib.

Maraqlıdır, görəsən, belə həssas məqamda azərbaycanlılara qarşı nifrəti qızışdırmaq ssenarisini hazırlayan və onu həyata keçirən rusiyalı cinayətkarlara qarşı Rusiya prokurorluğu analoji sərtlik nümayiş etdirəcəkmi? Yoxsa cinayətkarlara da “özümüzünkülər” və “yadlar” prizmasından yanaşma sərgilənəcək?

Sahil İsgəndərov
AzVision.az
Seçilən
36
1
azvision.az

2Mənbələr