AZ

Sabiq Baş nazir: Maddi sıxıntılarım var

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Türkiyənin sabiq Baş naziri, hazırda Gələcək Partiyasının lideri olan Əhməd Davudoğlu madi sıxıntıdan şikayətlənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, NOW TV-də açıqlama verib.

O, keçmiş Baş nazir və nazirlərin vəzifədən ayrıldıqdan sonra özəl şirkətlərin direktorlar şurasında təmsil olunmasına normal hal kimi yanaşmadığını diə gətirib.

Davudoğlu bildirib ki, ona çoxsaylı beynəlxalq Araçdlırma Mərkəzlərindən iş təklifləri olub, lakin hamısına "yox" deyib: 

"Sizcə, mənə çox təklif gəlmir? Açığı, maddi çətinliklər yaşayıram. Həyat yoldaşımla hər ikimiz işləyirik. Keçmiş Baş nazir kimi təmsilçilik baxımından çətinliklərdən azad deyiləm. Xarici qonaqları dövlət ərkanı olaraq Baş nazir kimi qarşılamalısınız. Məni çətin vəziyyətə salan şeylər var. Bunu şikayət etmək üçün demirəm. Biz özümüz idarə edirik, amma dövlətin nüfuzu, ərkanı, gələnəyi baxımından keçmiş Baş nazir və nazirlər maddi problemlərə görə şirkətlərdə işləməsi  dövlətin nüfuzuna xələl gətirir. Bunu unutmamaq lazımdır. İnanın, məhz bu səbəbdən çoxlu tıəklifləri, hətta  beynəlxalq təşkilatlardan gələn iş təkliflərini geri çevirirəm".

Davudoğlu daha sonra xalqın hazırkı sosial iqtisadi durumuna diqqət çəkərək, məqsədinin özünün maddi vəziyyətinə diqqət çəkmək olmadığını deyib.

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
mia.az

1Mənbələr