AZ

Didərgin düşdüyümüzə görə çox alçalmışıq

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müğənni Xuraman Şuşalı sosial şəbəkədə onu tənqid edən izləyiciyə cavab verib.

Axşam.az xəbər verir ki, instaqramda bir nəfər sənətçinin "@axsamaz" səhifəsindəki paylaşımına irad yazıb. Onun "Bir təzə mahnınızı heç eşitmədik. Hicabla şlyapanı birləşdirib "limçay" etmisiniz. Bakıda bir işinizi görmədik, Şuşalı təxəllüsü ilə gedin Şuşada bir iş görün" sözləri qarşı tərəfi əsəbiləşdirib.

Xuraman "Allah qəlbinizə şəfa versin. İnşallah, tezliklə köç deyilsin, köçəcəyəm. Böyük sevinclə yerinizi geniş edərəm. Allahın bu gününə şükür. Didərgin düşdüyümüzə görə çox alçalmışıq. Allah bu tənəni yerdə qoymadı" deyə, ona cavab verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
axsam.az

1Mənbələr