AZ

Türkiyədə məşhur idmançı saxlanılıb

Türkiyədə məşhurlara qarşı həyata keçirilən narkotik əməliyyatı çərçivəsində 19 nəfər saxlanılıb.

90deqiqe.Az-ın "Ntvspor"a istinadən məlumatına görə, onların arasında keçmiş milli boksçu Adem Kılıçcı da var.

Saxlanılan şəxslər ilkin olaraq tibbi yoxlamadan keçirilib, daha sonra isə narkotik testindən keçmək üçün Məhkəmə Tibbi Ekspertizasına aparılıblar.

İstintaqın gedişindən asılı olaraq, prokurorluğun təqdimatı əsasında onlar barədə ya sərbəst buraxılma, ya da məhkəməyə göndərilmə qərarı veriləcək.

Seçilən
23
90deqiqe.az

1Mənbələr