AZ

"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"

"2025-ci ildə "AccessBank" QSC iri korporativ müştərilərlə əməkdaşlıq da genişləndirilmişdir. Xüsusilə, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Risklərin Bölgüsü Mexanizmi çərçivəsində bir sıra maliyyələşdirmə layihələri həyata keçirilmişdir".

Bunu Marja.az-a müsahibəsində "AccessBank"ın İdarə Heyəti Sədrinin müavini, Baş Maliyyə İnzibatçısı Orxan İsmayılov bildirirb.

"Bu mexanizm üzrə “AZZA” şirkəti ilə 14 milyon manat, “AzVirt” MMC ilə isə 5 milyon avro məbləğində üçtərəfli kredit müqavilələri bağlanmışdır",- o qeyd edib.

Orxan İsmayılov əlavə edib ki, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq 2025-ci ildə daha da intensivləşmişdir. İl ərzində beynəlxalq maliyyə qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb edilmiş, əlavə olaraq 10 milyon  ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi əldə edilmişdir. Bunun nəticəsində xaricdən cəlb olunmuş maliyyə vəsaitlərinin ümumi həcmi 200 milyon manatı ötmüşdür.

İş elanları AzVak.az-da 

AccessBank iri korporativ müştərilər Avropa Yenidənqurma və İnkişaf Bankı EBRD Risklərin Bölgüsü Mexanizmi üçtərəfli kredit müqaviləsi AZZA şirkəti AzVirt MMC beynəlxalq maliyyə institutları subordinasiya olunmuş borc xarici cəlbetmə faiz gəlirləri artım Orxan İsmayılov AccessBank Avropa Yenidənqurma və İnkişaf Bankı AZZA AzVirt MMC
Seçilən
98
1
marja.az

2Mənbələr