AZ

Bakıda qızını cinsi zorakılıqla hədələyən ata SAXLANILDI

Bakıda həyat yoldaşı və uşaqlarına qarşı zorakılıq edən şəxs məsuliyyətə cəlb olunub.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ailə üzvlərinə qarşı zorakılıq hərəkətləri törətməkdə şübhəli bilinən 41 yaşlı Asif Abbasov müəyyən olunub.

 

O, saxlanılaraq inzibati qaydada həbs edilib. Araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, fevralın 10-u Bakı şəhəri, Sabunçu rayonunda atanın qız övladını cinsi zorakılıqla hədələdiyi iddia olunub. Sözügedən iddia ilə bağlı ana "Qadın Dəstək Xətti"nə zəng edərək müraciət edib.

 

Ana bildirib ki, özü və üç azyaşlı övladı həyat yoldaşı tərəfindən davamlı olaraq məişət zorakılığı və ölüm təhdidlərinə məruz qalır.

Tarix: 17 Fevral 2026, 16:47   
Seçilən
16
9
pravda.az

10Mənbələr