AZ

Vəkil Mehman Muradlı: “Elektron siqaretlər və onların komponentləri üzrə qara bazarın inkişafı gözlənilmir”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda elektron siqaretlərlə bağlı məhdudiyyətlər daha da sərtləşdirilir. Bizimyol.info xəbər verir ki, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Layihəyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai məkanlarda elektron siqaret istifadə edən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar.

Qeyd edək ki, “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan edilir.

Bu dəyişikliklər kölgə bazarının yaranmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında vəkil Mehman Muradlı bildirib ki, bu qadağalardan sonra yaranan qeyri-rəsmi bazara adətən qara bazar deyilir: “Qara bazarda daxil olan məhsullar çox vaxt qaçaqmalçılıq yolu ilə gətirilir və bu zaman artıq cinayət məsuliyyəti tətbiq olunur. Cinayət məsuliyyəti tətbiq edildikdə, cərimədən tutmuş həbsə qədər müxtəlif sanksiyalar nəzərdə tutulur. Cərimələr isə yüksək məbləğdə olur”.

Mehman Muradlı

“Mən hesab etmirəm ki, qara bazar genişlənəcək, çünki qaçaqmalçılıqla mübarizədə həm Dövlət Gömrük Komitəsi əməkdaşları, həm də digər qurumlar ciddi tədbirlər həyata keçirirlər. Bu baxımdan, xüsusilə elektron siqaretlər və onların komponentləri üzrə qara bazarın inkişafı gözlənilmir”-deyə vəkil Mehman Muradlı qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
bizimyol.info

1Mənbələr