AZ

Bakıda ailəsinə qarşı zorakılıq edən şəxs tutuldu

Yazını böyüt
Yazını kiçilt

Bakıda arvadı və uşaqlarına qarşı zorakılıq edən şəxs məsuliyyətə cəlb olunub.

Hafta.az xəbər verir ki, şübhəli bilinən 41 yaşlı Asif Abbasov inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova sosial media hesabında narkotik asılısı olan atanın qızına cinsi zorakılıq edəcəyi ilə hədələdiyi barədə məlumat yayıb.

İddiaya görə, həmin kişi narkotik aludəçisi olaraq həbsdə qalıb, sonra amnistiya ilə çıxıb. Qadın Dəstək Xəttinə müraciət edən ana bildirib ki, özü və 3 azyaşlı övladı həyat yoldaşı tərəfindən davamlı məişət zorakılığı və ölüm təhdidlərinə məruz qalır.

Seçilən
77
hafta.az

1Mənbələr