AZ

Erkən nikahın mənfi nəticələrinə həsr edilən maarifləndirici tədbir keçirilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 17 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində gənclər üçün erkən nikahın mənfi nəticələrinə dair maarifləndirici tədbir təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir çətin həyat şəraiti ilə qarşılaşan, sosial müdafiəyə ehtiyacı olan gənclərin dünyagörüşünün genişləndirilməsi, informasiya təminatının yaxşılaşdırılması, eləcə də sosial məsələlər barədə maarifləndirilməsi məqsədi daşıyıb.

Çıxışlar zamanı erkən nikahın gənclərin fiziki, psixoloji və sosial inkişafına mənfi təsirlərindən danışılıb. Gənclərlə ailə və nikahın mahiyyəti, erkən nikahın bu dəyərlərə təsiri və sağlam ailə münasibətlərinin formalaşdırılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
3
azertag.az

4Mənbələr