AZ

İcra başçısı keçmiş şirkət rəhbərini özünə sürücü təyin etdi ÖZƏL

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə yeni sürücü təyin edib.

Oxu.Az-ın məlumatına görə, icra başçısının əmri ilə Hüseynəli Süleymanov Beyləqan Rayon İcra Hakimiyyətinin baş mütəxəssisi - sürücü vəzifədən azad edilib. Onun yerinə Elnur Həsən oğlu Verdizadə təyin olunub.

Qeyd edək ki, əslən Cəbrayıl rayonundan olan yeni sürücü E.Verdizadə Ə.Əzizovun həmyerlisidir.

E.Verdizadə əvvəllər hərraca çıxarılaraq özəlləşdirilən Xudat balıq zavodunun sahiblərindən olub. 2006-cı ildə müəssisəsinin 56.4 faiz səhmi onun adına rəsmiləşdirilib.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
9
oxu.az

10Mənbələr