I Liqanın 16-cı turunda mərkəzi qarşılaşması “Səbail”lə “Şəfa” arasında baş tutub.
Gərgin keçən oyunda qapılara top vurulmayıb.
Matçın son dəqiqəsində kuryoz hadisə yaşanıb.
“Şəfa”nın hücumu zamanı topun cərimə meydançası daxilində “Səbail”in futbolçusunun əlinə dəydiyini düşünən baş hakim Rəşad Əhmədov penalti qərarını verib.
Lakin yan xətt hakimi ilə məsləhətləşəndən sonra qərarını ləğv edərək qarşılaşmanı başa çatdıran fitini səsləndirib.
“Şəfa” rəsmiləri oyunda VAR sisteminin olmadığı halda, 11 metrlik cərimə zərbəsinin ləğv olunmasına etiraz etsələr də, Əhmədov qərarını dəyişməyib.
Prinsipial görüş 0:0 hesabı ilə başa çatıb.
HƏBİB / SPORTİNFO.AZ