AZ

Dünyanı yeni virus çalxalayır: Azərbaycanda da yayılacaq? -XƏBƏRDARLIQ

Rusiyada meymunçiçəyi virusunun yenidən aşkarlanması cəmiyyətdə narahatlıq yaradıb. Məlumata görə, Sankt-Peterburq şəhərində iki nəfərdə meymunçiçəyi infeksiyası qeydə alınıb. Xəstəliyin Taylanddan istirahətdən qayıdan kişilərdə aşkar edildiyi bildirilir. Fevral ayının əvvəlindən etibarən isə Rusiya ərazisində ümumilikdə beş yoluxma faktı təsdiqlənib. Maraqlıdır, meymunçiçəyi COVID-19 kimi sürətlə yayıla bilən virus hesab olunurmu?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, meymunçiçəyi virus infeksiyası olsa da, onun COVID-19 kimi sürətlə kütləvi yayılma xüsusiyyəti yoxdur.

Rasif

Onun sözlərinə görə, xəstəlik nadir hallarda rast gəlinir və əsasən epizodik şəkildə müxtəlif bölgələrdə ortaya çıxır:

“Bu virus geniş və sürətli yayılma təhlükəsi ilə seçilmir. Əlamətləri əsasən suçiçəyinə bənzəyir, lakin səpgilər bir qədər iri olur. Yoluxma həm yuxarı tənəffüs yolları, həm də yaxın kontakt vasitəsilə baş verir. Adətən ağır fəsadlar müşahidə olunmur, yalnız hər hansı orqana təsir etdikdə xəstəliyin gedişi ağırlaşa bilər”.

Həkim qeyd edib ki, meymunçiçəyi daha əvvəl müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan ərazisində də qeydə alınıb və ciddi epidemioloji gərginlik yaratmadan nəzarət altına alınıb.

“Xəstəlik əsasən dəridə suçiçəyini xatırladan, lakin daha iri ölçülü qırmızı səpgilərlə özünü göstərir və vaxtında tibbi nəzarət olduqda ciddi təhlükə yaratmır. Buna görə də hazırkı yoluxma halları pandemiya riski kimi qiymətləndirilmir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
40
2
konkret.az

3Mənbələr