AZ

Təbriz komandasını çempion edən xorvatiyalı məşqçi istefa verdi - Onu kimin əvəz edəcəyi açıqlandı

Cənubi Azərbaycanın "Traktor" klubunda baş məşqçi dəyişikliyi reallaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı Draqan Skoçiç öz istəyi ilə komandadan ayrılıb. Onu bu postda Mohammad Rabiei əvəzləyib. Mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "qurdlar" Skoçiçin rəhbərliyi altında son mövsümdə tarixində ilk dəfə İran çempionu olub. Komanda hazırda 2-ci yerdədir. 

Seçilən
58
1
fanat.az

2Mənbələr