AZ

İran saxlanılan tankerlərdən imtina edib

ain.az, Ayna saytına istinadən bildirir.

Gəmilər İran neftinin qaçaqmalçılığı və ABŞ sanksiyalarından yayınmaq şübhəsi ilə saxlanılıb

İran Milli Neft Şirkəti (NIOC) bildirib ki, Hindistan tərəfindən Ərəbistan dənizində saxlanılan üç neft tankeri nə şirkətə məxsusdur, nə də onun idarəçiliyi altındadır. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

Gəmilər İran neftinin qaçaqmalçılığı və ABŞ sanksiyalarından yayınmaq şübhəsi ilə saxlanılıb. Şirkət tankerlərin onun donanmasının bir hissəsi olmadığını vurğulayıb.

Qeyd edək ki, əvvəllər Hindistan Sahil Mühafizəsi Ərəbistan dənizində qaçaqmalçılıqda şübhəli bilinən üç sanksiyalı tankeri saxlayıb. Gəmilər Mumbaydan təxminən 100 dəniz mili qərbdə saxlanılıb.

Məlumata görə, gəmilər ABŞ sanksiyalarına məruz qalır və rüsumlardan yayınan neft daşınması sxemlərində iştirak edirdilər. Adlarını tez-tez dəyişdirdiyi bildirilən hər üç gəmi, əlavə hüquqi tədbirlər üçün Hindistan Sahil Mühafizəsi gəmilərinin müşayiəti ilə Mumbaya gedib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
ayna.az

1Mənbələr