AZ

Aİ-dən "Shein"ə asılılıq yaradan dizayn və qanunsuz məhsul təhqiqatı

Aİ-dən "Shein"ə asılılıq yaradan dizayn və qanunsuz məhsul təhqiqatı

Avropa İttifaqı elektron ticarət şirkəti "Shein"ə qarşı asılılıq yaradan dizayn, eləcə də uşaqların cinsi istismarına səbəb ola biləcək materiallar da daxil olmaqla, qanunsuz məhsulların satışı səbəbiylə rəsmi təhqiqat başladıb.

Aİ Komissiyası Çində qurulan və əsasən geyim sektorunda fəaliyyət göstərən "Shein" platformasına qarşı Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində araşdırmalara start verildiyini elan edib.

Bəyanatda "Aİ Komissiyası DSA çərçivəsində 'Shein' haqqında asılılıq yaradan dizayn, tövsiyə sistemlərində kifayət qədər şəffaflığın olmaması və uşaq istismarı materialları da daxil olmaqla, qanunsuz məhsulların satışı ilə bağlı rəsmi təhqiqat başladıb" deyə bildirilib.

Şəffaflıq və istifadəçi hüquqları

Aİ qaydalarına əsasən, "Shein" tövsiyə sistemlərində istifadə edilən əsas parametrləri açıqlamalıdır. Bəyanatda xatırladılıb ki, platforma istifadəçilərə hər bir tövsiyə sistemi üçün profil yaratmağa əsaslanmayan, asan əlçatan alternativ seçimlər təqdim etməyə borcludur.

Aİ-nin texnologiya qaydaları çərçivəsində Avropada fəaliyyət göstərən iri şirkətlər və rəqəmsal platformalar sərt normalara tabe olmalıdırlar. Qaydaları pozan rəqəmsal platformalara qarşı Aİ külli miqdarda pul cərimələri tətbiq edə bilər.

Pozuntular təkrarlandığı təqdirdə isə həmin platformaların Aİ ərazisindəki fəaliyyətinə tamamilə son verilə bilər.

Seçilən
143
afn.az

1Mənbələr