AZ

Azəriqaz ın idarə rəisi işdən çıxarıldı Araşdırma başladı

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

"Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi Namik Məmmədov və həmin qurumun baş mühəndisi Elşən Rəhimov işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov əmr imzalayıb. 

Baş direktorun digər əmri ilə idarə rəisinin səlahiyyətləri müvəqqəti olaraq Samir Həsənova tapşırılıb. O, bundan əvvəl "Azəriqaz" İstehsalat Birliyinin Binəqədi rayonu üzrə satış müdirinin müavini olub.

Xəbərlə bağlı "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyevə bir gün əvvəl təcili sorğu ünvanlasaq da, hələlik rəsmi cavab verilməyib.

Əldə etdiyimiz digər məlumata görə, hüquq-mühafizə orqanları Namik Məmmədov və İdarənin digər bir neçə vəzifəli şəxsləri ilə bağlı araşdırmalara başlayıb. 

Qeyd edək ki, Namiq Məmmədov bu vəzifəyə qədər Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsini icra edib. O, ötən ilin iyun ayında Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi təyin olunmuşdu.

Amid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
12
qaynarinfo.az

10Mənbələr