AZ

Ramazan ayında oruc tutmağı asanlaşdıran qidalar Tövsiyə

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimi açıqlayıb.

Ölkə.Az xəbər verir ki, bu ayda oruc tutan insanlar düzgün qidalanmadıqda səhhətində problemlər yaranır.

Diyetoloq Fərid Səfərov oruc tutarkən balanslı və qədərində qidalamağı tövsiyə edib. O, bir dəfəyə böyük porsiyalar əvəzinə iftardan sonra ara ilə və kiçik porsiyalarla yeməyi məsləhət görüb.

"Sürətlə yox, yavaş-yavaş və yaxşıca çeynəyərək yemək lazımdır. İmsak yeməyini mütləq qəbul edin. Susuzluq hiss etməsəniz də iftar və imsak arasında tez-tez su içmək zəruridir", - o qeyd edib.

F.Səfərov vurğulayıb ki, kofein tərkibli içkilərin miqdarını minimuma endirmək lazımdır:

"Oruc tutanlar qazlı və şəkərli içkilərdən uzaq durmalıdırlar. Mümkün olduqca iftarda və imsakda badam, qoz və s. çərəzləri qida rasionuna daxil etməlidirlər. İmsakda lifli* (aşağıda qeyd olunub) və toxluq hissi yaradan qidalara üstünlük verilməlidir".

Diyetoloq yağlı, ağır, duzlu və ədviyyatlı yeməklərdən uzaq durmağı tövsiyə edib.

"Qovrulmuş, qızardılmış yeməklərin əvəzinə sobada, buxarda bişirilmiş, qaynadılmış yeməklərə üstünlük verilməlidir. İftardan dərhal sonra şirniyyat yemək olmaz. İftardan 1-2 saat sonra piyada gəzmək, fiziki aktivliyi qorumaq lazımdır".

Mütəxəssis sonda qeyd edib ki, Ramazan ayında yuxu rejiminə riayət etmək faydalıdır.

*Lifli qidalar:

Tərəvəzlər: brokoli, kələm, yerkökü, ispanaq, kahı, pomidor, bibər, kərəviz

Meyvələr: alma, armud, ərik, nar, portağal, banan, giləmeyvələr

Dənli bitkilər və paxlalılar: yulaf, qəhvəyi düyü, qarabaşaq, tam buğda, noxud, mərcimək, lobya

Çərəzlər və toxumlar: badam, qoz, fındıq, günəbaxan toxumu, kətan toxumu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
76
1
olke.az

2Mənbələr