AZ

Vardanyanla bağlı hökm oxundu: Qərarın pərdəarxası məqamları

“Yalnız Ruben Vardanyan deyil, digər separatçı liderlərin də azad olunması ilə bağlı müxtəlif platformalardan çağırışlar səsləndirilirdi. Lakin kimliyindən asılı olmayaraq cinayət törədən hər bir şəxs barəsində zəruri addımlar atılır. Azərbaycan hüquqi dövlətdir və heç bir halda istintaqa müdaxilə etmək olmaz”.

Bu sözləri NOCOMMENT.az-a politoloq Zeynal Əmrəliyev deyib.

Zeynal Əmrəliyəv

Onun sözlərinə görə, bu müddət ərzində istintaq dəqiq və qərəzsiz aparıldı:

“Məhkəmənin çıxardığı hər bir hökm istintaq dövründə əldə olunan faktlara əsaslanır. Digər separatçı liderlərdən fərqli olaraq, Vardanyanın fəaliyyəti bu bölgədə müharibədən sonra başlayıb. Məsələn, Arayik Arutyunyan müharibə dövründə cinayətlərdə iştirak etmişdi, Vardanyanın fəaliyyəti isə əsasən müharibədən sonrakı mərhələdə olub.

İstintaq orqanları məhkəməyə bu istiqamətdə faktlar təqdim edib və hökm də həmin sübutlar əsasında verilib. Vardanyan həbs olunan separatçılar arasında ən çox diqqət çəkən fiqurlardan biri idi. Bunun səbəbi onun yüksək maddi imkanları və milyarder olmasıdır. Ermənistanın və erməni diasporunun yüksək səviyyədə aparılan təbliğatı da onun nüfuzunu artırırdı. Lakin buna baxmayaraq, ona qarşı ağır cəza tətbiq olundu. Onun həbsini siyasi motivli adlandıranlar beynəlxalq hüquqla daha yaxından tanış olmalıdırlar.

Başqa ölkələrdə də separatçılığı dəstəkləyən şəxslər ciddi cəzalandırılır. Vardanyan Azərbaycan ərazisində dağıdıcı fəaliyyəti dəstəkləyən və terrorçu qruplara sponsorluq edən şəxs olub. Bu səbəbdən burada hər hansı siyasi motivdən danışmaq belə mümkün deyil”.

Atilla Rzasoy

Seçilən
43
nocomment.az

1Mənbələr