AZ

Leninqrad vilayətində hərbi binada PARTLAYIŞ: Dağıntılar altında QALANLAR VAR

Leninqrad vilayətində hərbi komendantlığın binasında partlayış baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə “112” Teleqram kanalı məlumat yayıb.

Rusiya Federasiyasının Leninqrad vilayətinin Vsevolojsk rayonunda hərbi komendantlığın binasında güclü partlayış baş verib. Hadisə nəticəsində binanın bir hissəsi dağılıb.

İlkin məlumatlara görə, partlayışdan sonra 4 hərbi qulluqçu dağıntılar altında qalıb. Hazırda hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları və xilasedicilər işləyir.

Dağıntılar altında qalan şəxslərin xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Partlayışın səbəbləri hələlik açıqlanmır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
interpress.az

1Mənbələr