AZ

Belçika ABŞ səfirini nazirliyə çağırdı

Belçikanın xarici işlər naziri və Baş nazirin müavini Maksim Prevot üç yəhudi sünnətçisi (mohel) ilə bağlı istintaqın dayandırılmasını tələb edən ABŞ-ın Brüsseldəki səfiri Bill Uaytın Xarici İşlər Nazirliyinə çağırıldığını açıqladı.

Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında dərc olunan açıqlamada Prevot, Vaytın Antverpendə qanunsuz sünnətlərlə bağlı davam edən istintaqa son qoymaq tələbinə və istintaqın antisemitizm olduğu iddiasına cavab verib.

Prevot Belçikanın antisemit mövqe sərgiləməsi ilə bağlı iddiaların "yalan, təhqiramiz və qəbuledilməz" olduğunu vurğuladı və Uaytın Xarici İşlər Nazirliyinə çağırıldığını elan etdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
1
turkustan.az

2Mənbələr