AZ

Dünya futbolu tarixində ilk: Hakimin başına skuter atdılar VİDEO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin Malatya vilayətində Birinci Həvəskar Liqada keçirilən “Darendespor” - “Hekimhan Belediyesi” qarşılaşmasında tribunadakı Nurettin Ö. yan xətt hakimi Hakan Başkurtun başına skuter atıb.

İdman.Biz xəbər verir ki, Darende rayon stadionunda baş verən hadisə zamanı Birinci Həvəskar Liqa B qrupunun 10-cu turunda üz-üzə gələn komandaların oyununda hesab 1:1 olarkən, meydan sahibi “Darendespor” 87-ci dəqiqədə qol vurub.

Yan hakim Hakan Başkurt ofsayd səbəbilə qolu ləğv edib. Qərara əsəbiləşən “Darendespor” azarkeşlərinin olduğu tribunada Nurettin Ö. meydana skuter atıb.

Skuter yan hakim Başkurtun başına dəyib. Qısa müddətli huşsuzluq və şüur itkisi ilə üzləşən hakimə tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Hadisədən sonra oyun dayandırılıb.

Nurettin Ö. saxlanılıb. Polis bölməsində ifadəsi alındıqdan sonra o, sərbəst buraxılıb. Hakan Başkurt isə müalicədən sonra evə buraxılıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
1
icma.az

2Mənbələr