525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Fransa hakimiyyəti Rusiyanın "Grinch" tankerinin həbsi qərarını ləğv edib.
525.az xəbər verir ki, bu barədə Marsel prokurorluğundan bildirilib.
Qeyd olunub ki, gəmiyə qoyulan məhdudiyyətlər aradan qaldırıb və o, Fransa ərazi sularını tərk edib.
Məlumata görə, tankerin məxsus olduğu şirkət bayrağın olmamasına görə məhkəmə tərəfindən cərimə olunub. Cərimənin məbləği açıqlanmayıb. Prokurorluq bildirib ki, şirkət bayrağı ən qısa müddətdə tankerin üzərinə qaldırmağı öhdəsinə götürüb.
Fransa prezidenti Emmanuel Makron yanvar ayında Murmanskdan yola düşən tankerin saxlanıldığını elan edib. Araşdırma zamanı onun qeydiyyat məlumatlarında uyğunsuzluq aşkar edildiyi üçün həbs qoyulub.
Pərvanə Sultanova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.