AZ

İsrail avtomobillərdən casus kimi istifadə edir

AzVision.az xəbər verir ki, öz araşdırmasını aparan “Haaretz” nəşrinin məlumatına görə, ən azı üç İsrail şirkəti hazırda “CARINT” (qısaca “Car Intelligence” – Avtomobil Kəşfiyyatı) sahəsində çalışır.

Onlardan biri avtomobilin mikrofon və kameralarına potensial olaraq qoşula biləcək “hücumçu” alət hazırlayıb. Qəzet hansı şirkətdən söhbət getdiyini dəqiqləşdirməsə də bildirir ki, 3 il əvvəl apardığı araşdırmalar hücumçu kiberkəşfiyyatla məşğul olan “Toka” adlı şirkətin mövcudluğunu ortaya çıxarıb.

Maraqlıdır ki, bu şirkət İsrailin keçmiş baş naziri Ehud Barak və SAXAL-ın kiber bölməsinin sabiq rəhbəri Yaron Rosen tərəfindən təsis olunub.

Şirkət videoizləyici kameraların sındırılması üzrə ixtisaslaşmışdı, lakin o zaman “Haaretz” tərəfindən əldə edilən sənədlər onun artıq kamera məlumatlarını avtomobillərdən alınan məlumatlarla birləşdirən “CARINT” adlı məhsula malik olduğunu göstərib.

“Onda şirkət hələ yenicə formalaşdırılırdı. O vaxtdan bəri “Toka” məhsul xəttini genişləndirib, müəyyən bir avtomobilin multimedia sistemlərini sındıra, yerini dəqiq müəyyənləşdirə və hərəkətlərini izləyə bilən məhsul hazırlayıb və hətta satıb”, – nəşrin mənbələri deyiblər.

Bu texnologiya həmçinin avtomobilin daxilindəki danışıqları dinləmək üçün səssiz idarəetmə sisteminin mikrofonuna uzaqdan giriş imkanı verir, eləcə də cihazlar panelindəki və salondakı kameralara daxil olmağa şərait yaradır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
1
2
azvision.az

3Mənbələr