AZ

“Virciniya” sinifli 26-cı sualtı qayığın istismara verilmə tarixi açıqlanıb

ABŞ Hərbi Dəniz Qüvvələri üçün inşa edilən “Virciniya” sinifli 26-cı çoxməqsədli SSN-799 “Idaho” nüvə sualtı qayığı 25 aprel 2026-cı ildə istismara veriləcək.

Herbiand.az bildirir ki, mərasim Konnektikut ştatının Qroton şəhərindəki hərbi-dəniz bazasında planlaşdırılır.

Sualtı qayıq Rod-Aylend ştatının Şimali Kinqstaun şəhərindəki Kvonset-Point bölgəsində yerləşən General Dynamics Electric Boat (GDEB) gəmiqayırma zavodunda inşa edilib. Qayığın təməli 2020-ci ilin avqust ayında qoyulub, 2024-cü ilin avqustunda isə suya buraxılıb.

Sualtı qayığın göyərtəsindəki reaktor ilk dəfə 4 iyul 2025-ci ildə işə düşüb. Ekipaj avqust ayında qayığa yerləşdirilib. Dəniz sınaqları noyabr ayında başlayıb, dekabrın ortalarında isə SSN-799 “Idaho” rəsmi olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
67
herbiand.az

1Mənbələr