ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp İranla nüvə danışıqlarında dolayı yolla iştirak edəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Vaşinqtonu onun xüsusi elçisi Stiv Vitkov və kürəkəni Cared Kuşner təmsil edəcək:
"Mən dolayı yolla danışıqlarda iştirak edəcəyəm və bu müzakirələr çox vacib olacaq" - deyə, Tramp təyyarədə jurnalistlərə bildirib.
Ağ Ev lideri Tehranın Birləşmiş Ştatların sərt mövqeyini və İranı bombalamasının nəticələrini nəzərə alaraq Vaşinqtonla razılığa gələcəyinə ümid etdiyini deyib:
"Onlar anlaşmaq istəyirlər və razılaşma əldə etməməyin nəticələri ilə üzləşmək istəməzlər. İranlılar danışıqlarda çətin mövqelidirlər, amma ümid edirəm, daha mülayim olacaqlar" - deyə, ABŞ lideri əlavə edib.
Xatırladaq ki, çərşənbə axşamı Cenevrədə ABŞ və İran nüvə danışıqlarının ikinci mərhələsi keçiriləcək.
ABŞ-ni Trampın xüsusi elçisi Vitkov, İranı isə Xarici işlər naziri Abbas Əraqçi təmsil edəcəklər. Prosesdə Oman vasitəçilik edir. ABŞ rəsmiləri gözləyirlər ki, İran nüvə proqramı ilə bağlı əhəmiyyətli güzəştlər edəcək.
Fevralın əvvəlində Omanda keçirilən əvvəlki danışıqlarda tərəflər prosesi davam etdirməyə razılaşmışdılar. Hazırkı danışıqlar öncəsi ABŞ İranın raket proqramı və bölgədəki hərəkətlərini gündəmə gətirsə də, Tehran yalnız nüvə məsələlərini müzakirə edəcəyini bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.