AZ

Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində qayda pozan sürücü kameraya düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb.

Kadrlardan göründüyü kimi, 90-XP-748 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq hərəkət edib və qarşıdan gələn nəqliyyat vasitəsinin yolunu kəsib. Məcbur qalan “Mitsubishi” sürücüsü avtomobili geriyə sürərək ona yol verib.

Daha sonra qarşı tərəf qayda pozan avtomobilə yaxınlaşaraq iradını bildirib. Sürücü isə “Sən heç əks yola çıxmamısan? Təmir işi gedir, dar yoldur, məcburam” deyərək özünə haqq qazandırıb.

Nərmin

Oxunub 6

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
avtosfer.az

1Mənbələr