AZ

Yaz havası neçə gün davam edəcək? - PROQNOZ

2 gün ərzində Azərbaycanda yaz havası müşahidə olunacaq.

Day.Az xəbər verir ki, bu barədə AzTV-yə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi deyib.

Bildirilib ki, fevralın 17-18-i tarixlərində havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Fevralın 18-də bəzi yerlərdə duman müşahidə olunacaq. Yarımadanın bəzi yerlərdə arabir duman olacaq.

Bu gün axşam saatlarından başlayaraq şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu bu gün 15-20 dərəcə, sabah isə 10-14 dərəcə isti olacaq.

Seçilən
32
day.az

1Mənbələr