2 gün ərzində Azərbaycanda yaz havası müşahidə olunacaq.
Day.Az xəbər verir ki, bu barədə AzTV-yə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi deyib.
Bildirilib ki, fevralın 17-18-i tarixlərində havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Fevralın 18-də bəzi yerlərdə duman müşahidə olunacaq. Yarımadanın bəzi yerlərdə arabir duman olacaq.
Bu gün axşam saatlarından başlayaraq şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu bu gün 15-20 dərəcə, sabah isə 10-14 dərəcə isti olacaq.