AZ

Məktəb direktorlarlnın seçimində ictimai nəzarət hələ mübahisəlidir...



İlham Əhmədov: “...Burada şəffaflıq yoxdur”

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, ötən il keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri elan edilib. Hazırda müsabiqədə uğur qazanmış namizədlərin direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə təyinatları yekunlaşmaq üzrədir. Bildirilib ki, ilkin nəticələrə əsasən, prosesin yekununda yüzə yaxın namizəd vakant vəzifələrə təyin ediləcəklər.

Qeyd edilib ki, müsahibə mərhələsində namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və metodiki bacarıqları, ünsiyyət və qərarvermə qabiliyyətləri, eləcə də rəqəmsal və sosial kompetensiyaları müvafiq komissiyalar tərəfindən qiymətləndirilib.

"Bununla yanaşı, ötən ilin oktyabr-noyabr aylarında direktor vəzifəsi vakant olan 76 dövlət ümumi təhsil müəssisəsi üzrə müsabiqəyə start verilib. Ərizə qəbulu və emal prosesi, habelə daha öncə qiymətləndirmə nəticələri olmayan namizədlərin ixtisas üzrə biliklərinin yoxlanılması üzrə təşkil edilmiş imtahanlar artıq yekunlaşıb. Müsahibə mərhələsi növbəti həftə başlayacaq. Namizədlər qaydalara uyğun şəkildə ardıcıllıq əsasında müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsahibənin tarix və məkanı barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə nəticələrinin elanından sonra namizədlərin seçdikləri müvafiq vakant müəssisələrə təyinatı aparılacaq", - deyə qurumdan bildirilib.

Məktəb direktorlarının müsabiqə və müsahibəsi nə vaxt tam şəffaf olacaq? 100-ə yaxın məktəb direktoru təyin edilir, bu prosesi şəffaf saymaq olarmı?

Təhsil eksperti İlham Əhmədov baki-xeber.com-a “əgər yayda direktorlar müsahibədən keçib qışda, yəni 6 aydan sonra fəaliyyətə başlayırlarsa,demək burada şəffaflıq yoxdur. Çünki şəffaflıq olsaydı bir-iki həftə ərzində direktorların təyinatını apara bilərdilər. Necə ki, yayda müəllimlər üçün işə qəbulu üzrə imtahan (MİQ) keçirilir və imtahandan keçən müəllimlər qısa vaxt ərzində məktəblərdə işlə təmin edilir. Bunu direktorlar üçün də etmək olardı. Amma təəssüf ki, çox vaxt belə olmur”-deyə bildirdi.

İ.Əhmədovun sözlərinə görə, buprosesin necə getdiyini sosial şəbəkələrdə müəllimlər, keçmiş məktəb direktorları kifayət qədər ətraflı yazırlar. “İndiki zamandasirr qalmır, hamı bu təyinatlarda nəyin və necə həll edildiyini bilir. Bu barədə mətbuatda da çox məqalələr çıxıb. O cümlədən, bəzi RTİ-də olan ciddi neqativfaktlar barədə dəkifayət qədər məlumatlarKİV-lərdə gedib. Yazılanlardan da belə görünür ki, şəffaflıq yoxdur, istədikləri adamları istədikləri yerlərə direktor təyin edirlər. Əksər hallarda da bu həmin məktəbin öz müəllimi olmur. Hansısa səbəbdən o məktəbin müəllimləribəyənilmir, kollektivin tanımadığı birini kənardan gətirib direktor təyin edirlər. Sonra da, nə vaxtsa, bu məktəbin hansısa müəllimi “layiqli namizəd” olursa, onu da başqa bir məktəbə direktor göndərirlər.

Əslində, təhsildə kadr təyinatı, xüsusən də direktor təyinatı bu günün problemi deyil, son 25 ildə bu problem daim olub. Yəni, layiqli kadr təyinatı daim problemli olub. Sadəcə, indi sosial şəbəkələr belə neqativləridaha çox yayır. Yəni, direktor təyinatında şəffaflıq olmasa da, neqativlərin işıqlandırılmasında şəffaflıq var.

Məktəblərdə bəzi hallarda direktorlarmüəllimləri sıxışdırır, çünki bəzən elə adamlar direktor təyin edilir ki,sonralar onlarınvotsap qruplarındakıtəhdidedicisəsləri aləmə yayılır.

Son vaxtlar öz guya“layiqli namizəd”tapa bilmirlər, məktəbi kiməsə həvalə edirlər. “Təhsil Haqqında Qanun”dahəvalədirektoranlayışı yoxdur. Bunu hardan icad ediblər? Faktikiolaraqbuməktəbi icarəyə vermək mənası daşıyır.Sabah da məktəbi“ipotekaya götürmək”praktikası yaranacaq deyəsən. Bunlardeyəsəntəhsilimizdə"innovasiya"dır deyəsən.

Düşünürəm ki, məktəblərdədirektor təyinikollektivin rəyi və iştirakı ilə, elə okollektivin özündən layiqlibir namizədseçməklə təyin edilərsə, daha yaxşı olar.Yaxud, qabaqcıl,innovator və fəalmüəllimlərdən birini direktor təyin etmək olar. Yəni,həm öz ixtisasını yaxşı bilsin,həm kollektivdə hörməti olsun, həm dəkommersantyox, pedaqoji təfəfkkürlüinsan olsun”-deyə İ.Əhmədov vurğuladı.

İradə SARIYEVA

Seçilən
25
baki-xeber.com

1Mənbələr