AZ

"İdrak" liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək?

Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən və bu gün xəstəxanadan evə buraxılan müəllimə Şəhla Kamilova tədris prosesinə geri dönəcək.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, müəllimə yaxın günlərdə elə çalışdığı "İdrak" liseyində fəaliyyətini davam etdirəcək.

 

Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.

 

Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib.

Tarix: 17 Fevral 2026, 15:27   
Seçilən
42
8
pravda.az

9Mənbələr