AZ

Adil Əliyevə buna görə töhmət verilib – SƏBƏB

Xəbər verdiyimiz kimi, bu gün Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib.

Trend-in əldə etdiyi məlumata görə, A.Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub.

Belə ki, müşavirədə Suraxanıda qanunsuz tikinti hallarının artdığı, rayonun digərləri ilə müqayisədə bu baxımdan “seçildiyi” vurğulanıb.

Bununla yanaşı, rayon tabeliyində olan qəsəbələrdə sanitar təmizliyin olmaması, zibillərin götürülməməsi ilə bağlı da icra başçısına irad tutulub.

Seçilən
28
16
aznews.az

10Mənbələr