AZ

Onun kimi oyunçu heç vaxt görməmişəm, əsl vəhşi idi Canluici Buffon

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

İtaliya millisinin əfsanəvi qapıçısı Canluici Buffon portuqaliyalı hücumçu Kriştiano Ronaldo haqqında danışıb.

"Kriştiano mənə qarşı hər oyunda qol vurub, bir oyun istisna olmaqla, meydandan qovulduğum zaman və o, bundan sonra da qol vurub”. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Buffon deyib.

O, Ronaldoya qarşı hər oyundan əvvəl gecələr yata bilmədiyini də etiraf edib: “Onun inanılmaz aqressivliyi, qəddarlığı və sürəti var idi ki, bu da rəqiblərini həmişə beş metr geridə qoyurdu. Onun kimi oyunçu heç vaxt görməmişəm. O, cərimə meydançasında əsl vəhşi idi və həmişə qol vurmaq istəyirdi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
lent.az

2Mənbələr