AZ

Napoli də mənimlə it kimi davranırdılar Osimhemdən sərt sözlər

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Napoli"də mənimlə it kimi davranırdılar" - Osimhemdən sərt sözlər

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen bu gün UEFA Çempionlar Liqasında “Yuventus”la keçiriləcək oyun öncəsi İtaliya mətbuatına açıqlamalar verib. 

QOL.az xəbər verir ki, o, "La Gazzetta dello Sport"a müsahibəsində “Napoli”də keçirdiyi dövrlə bağlı sərt sözləri xüsusilə diqqət çəkib.

“Napoli”dən “Qalatasaray”a keçidi barədə təəssüratları soruşularkən Osimhen bildirib: “Xoşuma gələn klub və şəhər tapdım, bəlkə də bu, təsadüf idi. İstanbula gələn kimi anlayırsan ki, burada oynamış hər kəs niyə komandaya və insanlara vurulur. Mən əvvəllər belə bir şey yaşamamışdım”.

Bu axşam qəbul edəcəkləri “Yuventus” barədə danışan Osimhen deyib: “Yüksək səviyyəli klubla qarşılaşmaq həyəcanverici olacaq. Bilirik ki, oyuna diqqəti itirməyə haqqımız yoxdur. Çünki "Yuventus"la matçda istənilən səhv baha başa gələ bilər”.

"Napoli"də məşqçisi olmuş Luçani Spalletti ilə münaqişəsi barədə yayılan söz-söhbətləri qəti təkzib edən ulduz hücumçu bildirib: “İnsanlar dalaşdığımızı deyirdi, amma bu, doğru deyil. Mən ona böyük hörmət edirəm. O, bizi Skudetto qazana biləcəyimizə inandırmaq üçün aylarla “Napoli”nin məşq bazasında gecə-gündüz çalışdı. O, Kimə, Angissaya, Kvaratsxeliyaya və mənə ən yaxşı formaya çatmaqda kömək etdi və biz onilliklərdir klubla titul qazandıq. O, çox şey tələb edirdi, amma qarşılığında da çox verirdi. Bəzi məşqçilər səni əvvəlcə insan kimi, sonra futbolçu kimi inkişaf etdirir”.

“Napoli”də yaşadığı böhran barədə danışan Osimhen sərt ifadələr işlədib: “Klubla aramızda belə razılaşma var idi ki, yay fasiləsində gedə bilərəm, amma qarşı tərəf sözünü tam tutmadı. Məni hara gəldi göndərməyə çalışırdılar, mənimlə it kimi davranırdılar. Bura get, ora get, bunu et, onu et… Karyeramda yüksəlmək üçün çox çalışmışam, belə münasibəti qəbul edə bilməzdim. Mən kukla deyiləm”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
qol.az

2Mənbələr