AZ

Azərbaycandan çay ixracı 18 faizdən çox artıb  

2026-cı ilin yanvar ayında ölkədən 61,23 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz çoxdur.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən çayın dəyəri 20,9 faiz artaraq 570 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycandan 471,3 min dollar dəyərində yəni, 51,64 ton çay ixrac edilib.

Seçilən
33
2
azerbaijan-news.az

3Mənbələr