AZ

“Qarabağ” – “Nyukasl” oyununa 27 500 bilet satıldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşmasına böyük maraq var.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, artıq matç üçün 27 500 bilet satılıb. Ağdam təmsilçisi tarixinin ən vacib oyunlarından birinə çıxmağa hazırlaşır.

Görüş Newcastle United ilə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Biletlərin qiymətləri müvafiq olaraq 10, 15, 25, 35, 40, 50 və 75 manat təşkil edir.

Qeyd edək ki, fevralın 18-də keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

Seçilən
13
90deqiqe.az

1Mənbələr