AZ

“Nyukasl” “Qarabağ”la oyundan əvvəl 39 yaşlı qapıçı sifariş etdi

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

İngiltərənin "Nyukasl" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunundan əvvəl iştirak ərizəsində dəyişiklik edib. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, "sağsağanlar" zədəli müdafiəçi Emil Kraftı turnir üçün nəzərdə tutulan siyahıdan çıxarıb.

İsveç millisinin üzvü uzun müddət yaşıl meydanlardan kənarda qalacağı üçün bu addım atılıb.

Onu 39 yaşlı Con Raddi əvəzləyib. 

Beləliklə, ingilislərin A siyahısındakə qolkiperlərin sayı üçə çatıb.

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Nyukasl" matçı saat 21:45-də star götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
sport24.az

1Mənbələr