AZ

“20 illik cəza kifayət qədər uzun bir müddətdir” ŞƏRH

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Ruben Vardanyanla bağlı uzun müddət istintaq aparılıb və məhkəmənin qərarı konkret faktlara əsaslanır. Ona verilən 20 illik cəza kifayət qədər uzun bir müddətdir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

“Digər separatçı liderlərdən fərqli olaraq, Vardanyanın fəaliyyəti bu bölgədə müharibədən sonra başlayıb. Məsələn, Arayik Arutyunyan müharibə dövründə cinayətlərdə iştirak etmişdi, Vardanyanın fəaliyyəti isə əsasən müharibədən sonradır.

İstintaq orqanları məhkəməyə bu barədə faktlar təqdim edir və məhkəmə qərarını həmin faktlar əsasında verir.

Vardanyan həbs olunan separatçılar arasında ən çox gözlənilən şəxs idi. Bunun səbəbi onun yüksək maddi imkanları və milyarder olmasıdır. Ermənistanın və erməni diasporunun yüksək səviyyədə aparılan təbliğatı da onun nüfuzunu artırırdı.

Bütün bunlara görə onun cəzası diqqət mərkəzində idi. Azərbaycan hüquq sistemi çərçivəsində aparılan istintaq şəffaf olub və məhkəmə qərarları yalnız istintaq materiallarına əsaslanaraq qəbul edilir. Əminliklə demək olar ki, məhkəmənin qərarı istintaq materialları ilə əsaslandırılıb”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub.

Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
icma.az

1Mənbələr