AZ

Adil Əliyevə buna görə töhmət verilib – SƏBƏB

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, bu gün Bakı Şəhər İcra Hakimiyyətindəkeçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıAdil Əliyevə töhmət verilib.

Trend-in əldəetdiyi məlumata görə, A.Əliyevə töhmət verilməsinə səbəb rayonərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub.

Belə ki, müşavirədə Suraxanıda qanunsuz tikinti hallarınınartdığı, rayonun digərləri ilə müqayisədə bu baxımdan “seçildiyi”vurğulanıb.

Bununla yanaşı, rayon tabeliyində olan qəsəbələrdə sanitartəmizliyin olmaması, zibillərin götürülməməsi ilə bağlı da icrabaşçısına irad tutulub.

Qeyd edək ki, töhmət alan icra başçısı Adil Əliyev bütünçatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına sözverib.

Seçilən
19
17
az.trend.az

10Mənbələr