AZ

Ötən ay Azərbaycana orta hesabla günə 18 yük maşını gətirilib - RƏQƏMLƏR

Bu ilin yanvar ayında Azərbaycana 6,1 milyon dollar dəyərində 569 ədəd yük daşımaq üçün nəzərdə tutulmuş avtomobil idxal edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, yük avtomobili idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon dollar və ya 13,7%, miqdar ifadəsilə isə 76 ədəd, başqa sözlə 11,8% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində ölkəyə 7,1 milyon dollar dəyərində 645 ədəd yük avtomobili gətirilmişdi.

Bu ilin yanvar ayının nəticələrinə görə idxal olunan bir yük avtomobilinin orta qiyməti 10 min 786 dollar (təxminən 18 min 336 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 11 min 030 dollar (təxminən 18 min 751 manat) idi. Bu da illik müqayisədə 244 dollar (415 manat) və ya 2,2% ucuzlaşma deməkdir.

Seçilən
6
fed.az

1Mənbələr