AZ

NYT: Bəzi ABŞ səfirləri 4 iyul şənliklərini maliyyələşdirmək üçün şirkətlərdən ianələr istəyiblər



ABŞ Prezidenti Donald Tramp administrasiyasının bəzi diplomatik missiya nümayəndələrinin 4 iyul Müstəqillik Gününün 250 illik yubiley tədbirlərini maliyyələşdirmək üçün yerləşdikləri ölkələrdəki şirkətlərə "müraciət" etdikləri iddia edilir. "New York Times" (NYT) qəzetinin məlumatına görə, Asiyada xidmət edən bəzi ABŞ səfirləri ötən ilki 4 iyul şənlikləri üçün maliyyələşdirmə istəyiblər.
Çinin Honkonq Xüsusi İnzibati Bölgəsindən olan bəzi şirkətlərin ABŞ Konsulluğundan ianə tələb edən "Amerika 250" formaları aldığı və Yaponiyadakı şirkətlərin bu tədbirlərə on milyonlarla dollar ianə verdiyi iddia edilir.

2014-2017-ci illərdə ABŞ-ın Vyetnamın Hanoy şəhərindəki səfiri vəzifəsində çalışan Ted Osius NYT-yə bildirib ki, "Bəzi səfirlər arasında kimin ən çox ianə toplayacağı ilə bağlı rəqabət mühiti var".


ABŞ-ın Sinqapurdakı səfiri Anjani Sinha, ölkəsindəki lüks bir oteldə təşkil edilən şam yeməyində çoxsaylı yüksək vəzifəli rəhbərlərin qarşısında "ianə çağırışı" edib.

Qəzetin əldə etdiyi səs yazısına görə, şirkət rəhbərlərinə "Mənə pulunuz lazımdır" deyən səfir Sinha, tələb olunan vəsaitin bir sıra bayram tədbirləri üçün istifadə olunacağını bildirib.

NYT-nin gördüyü dəvətə görə, ABŞ-ın Sinqapurdakı səfiri Sinhanın ev sahibliyi etdiyi tədbirdə Citibank, Coinbase və Harley-Davidson da daxil olmaqla müxtəlif şirkətlərin yüksək vəzifəli rəhbərləri iştirak edib.

Sinqapurdakı Amerika Ticarət Palatası, Philip Morris və Milken İnstitutu tərəfindən maliyyələşdirilən tədbir, 4 iyul Müstəqillik Gününün 250 illik yubileyi çərçivəsində "qarşılama tərəfdaşlığı" mövzusu altında keçirildi.


4 iyul şənliklərini idarə etmək üçün yaradılan "Azadlıq 250" təşəbbüsünün loqotiplərinin şam yeməyindəki bəzi görüntülərdə göründüyü iddia edilsə də, təşəbbüsün sözçüsü Danielle Alvarez bu iddiaları təkzib etdi.

"Azadlıq 250" təşəbbüsünə 1 milyon dollar və ya daha çox ianə edənlərə Trampla görüşmək imkanı və digər imtiyazlar təklif olunacağı bildirilir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
17
aia.az

1Mənbələr