AZ

Məktəbdə kütləvi zəhərlənmə: AQTA araşdırmaya başladı

Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
ONN media xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb.
Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özünü pis hiss edib. Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.
İlkin iddialara görə, şagirdlər məktəbdə yedikəri qidadan zəhərləniblər.
Məktəbdən verilən məlumata görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
***
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Göygöl rayonu Aşıqlı kəndinin C.Verdiyev adına tam orta məktəbində 10 şagirdin zəhərlənməsi ilə bağlı araşdırma aparır.
Bu barədə Agentlikdən məlumat verilib.
Qeyd olunub ki, Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunub.
Şagirdlərə ilkin tibbi yardım göstərilib, "dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit" diaqnozu qoyulub. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı AQTA tərəfindən araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.

Seçilən
24
4
onn.az

4Mənbələr