AZ

Cenevrədə ABŞ və İran arasında danışıqlar başlayıb

Cenevrədə ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların ikinci raundu başlayıb.

Bu barədə "Report" "Mehr" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu raundun gündəliyində, əvvəlki mərhələlərdə olduğu kimi, yalnız nüvə proqramı və ABŞ-nin qanunsuz sanksiyalarının aradan qaldırılması ilə bağlı məsələlər yer alacaq.

İran uranın zənginləşdirilməsini davam etdirməklə bağlı mövqeyini təsdiqləyib.

ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner rəhbərlik edir.

İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Əraqçi, siyasi işlər üzrə müavin, hüquqi və beynəlxalq məsələlər üzrə müavin, iqtisadi diplomatiya üzrə müavin və Xarici İşlər Nazirliyinin mətbuat katibi daxildir.

Seçilən
17
3
qaziler.az

4Mənbələr