AZ

Keçən ay 30 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi yanvar ayında 30 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Onlardan 14 min şəxs münasib işlərlə təmin olunub.

Ötən ay 950 şəxs üçün isə Agentlik tərəfindən peşə hazırlığı kursları təşkil olunub, 15075 şəxsə peşəyönümü xidmətlər göstərilib.

Seçilən
8
8
turkic.world

10Mənbələr