AZ

Peskov: "Mühüm qərar gözlənilmir"

BusözləriKremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında dilə gətirib. O bildirib ki, hazırda görüşün başlama vaxtı birbaşa yerində qərarlaşdırılır.

"Görüş mətbuata qapalı keçiriləcək. İlk günün sonunda hər hansı əhəmiyyətli açıqlama veriləcəyi ehtimalı yoxdur. Çünki danışıqlar sabah da aparılacaq".
CNN:"ABŞ-nin ordu naziri də Cenevrədədir"

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində Moskva və Kiyevin Vaşinqtonun vasitəçiliyi ilə danışıqlarının növbəti mərhələsi bu gün İsveçrənin Cenevrə şəhərində baş tutacaq. Görüşə Rusiyanın nümayəndə heyəti Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərliyində qoşulacaq. ABŞ tərəfindən isə bu ölkənin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun, habelə Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin iştirakı gözlənilir.

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk iki mərhələsi yanvar və fevral aylarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutub. Danışıqlara Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də qoşulublar. İkinci görüşün nəticəsində Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi həyata keçirilib.

Firudin Həmidli
AzVision.az
Seçilən
64
1
azvision.az

2Mənbələr