AZ

Skuterlə yola qəfil çıxan məktəblilər qəzadan son anda qurtuldular REAL VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində skuterlə təhlükə yaradan yeniyetmələr avtomobilin videoregistratoruna düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 17-də saat 11:49 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, skuter sürən məktəblilər ara küçədən qəfil yola çıxıblar və sol tərəfdən gələn avtomobilə çırpılmaqdan son anda xilas olublar.

Xoşbəxtlikdən, görüntünü qeydə alan sürücü nəqliyyat vasitəsini vaxtında saxlayaraq baş verəcək qəzanın qarşısını ala bilib.

Qeyd edək ki, yeniyetmə və gənclər arasında skuterə maraq artsa da, onların bir qismi yol hərəkəti qaydalarını pozaraq həm özlərini, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atır.

Nərmin

Oxunub 22

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
90
avtosfer.az

1Mənbələr