Olaylar.az xəbər verir ki, Mumbayda keçirilən Qlobal İqtisadi Əməkdaşlıq Konfransında çıxış edən nazir, dünya nizamının ciddi sınaq qarşısında olduğunu vurğulayıb.
Cayşankarın sözlərinə görə, mövcud qlobal nizam çökməkdədir, yenisinin qurulması isə çətin görünür. O, dünyanın hazırda "uzunmüddətli alatoranlıq zonasına" daxil olduğunu qeyd edib.
Nazir beynəlxalq sistemdə baş verən dərin dəyişikliklərə diqqət çəkərək, istehsal və maliyyənin "militarizasiyası", bazarlara girişin strateji silah kimi istifadə edilməsi və ixrac nəzarətinin sərtləşdirilməsi kimi meyillərin artdığını bildirib. Yaranmış mürəkkəb şəraitə baxmayaraq, Hindistanın beynəlxalq arenada öz mövqeyini gücləndirdiyi vurğulanıb. Cayşankar qeyd edib ki, ölkəsi artıq tərəfdaşları ilə "güc mövqeyindən" daha intensiv dialoq aparır.
"Hindistanın güclənən mövqeyinin ən bariz nümunəsi ABŞ və Avropa İttifaqı ilə imzalanan yeni ticarət sazişləridir," - deyə nazir əlavə edib.