AZ

Prokuror Şahin Şıxlinskiyə 23 il həbs cəzası istədi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dövlət ittihamçısı Rusiyanın Ural bölgəsində Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinskinin iki cinayətdə ittiham olunaraq 23 il müddətinə həbs edilməsini istəyib.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, Sverdlovsk Vilayət Məhkəməsində aparılan istintaq başa çatır.

Şıxlinski ilə birlikdə beş Səfərov qardaşı və Şudcayəddin Rəcəbov da mühakimə olunur. Akifin 23 il, Ayazın 22 il, Kamalın 18 il azadlıqdan məhrum edilməsi istənilib. Bakirə və Məzahirə 13 il, Rəcəbova isə 15 il həbs cəzası tələb olunub.

Ötən həftə hakimlər kollegiyası təqsirləndirilən şəxslər barədə ittiham hökmü çıxarıb və onların güzəştə layiq olmadıqları qənaətinə gəlib. Yaxın vaxtlarda hakim Yuri Radçuk hökm çıxarmaq üçün müşavirə otağına gedəcək.

İstintaq hesab edir ki, təqsirləndirilən şəxslər guya 2001-ci ildə kommersant Yunis Paşayevin qətlinin təşkilində və 2010-cu ildə iş adamı Fəhrüz Şirinova qarşı sui-qəsd cəhdində iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
7
globalinfo.az

10Mənbələr