AZ

Yazar Etibar Həsənzadədən Hikmet Elitaşa dəyərli hədiyyə verilib - FOTOLAR

Prezident təqaüdçüsü yazar Etibar Həsənzadə müəllifi olduğu “Zəfərlərə Doğru” və digər kitablarını şair-yazar, İLESAM Karaman il təmsilçisi, MESAM üzvü və “Yeni Vezin” Ədəbiyyat Kültür Sənət Dərgisinin sahibi Hikmet Elitaşa hədiyyə edib.

QHT.az xəbər verir ki, bu barədə müəllif öz rəsmi sosial media hesablarında məlumat verərək bildirib: “Kitablarım haqqında dəyərli fikirlər söylədiyi, gözəl videoçarx və fotolar üçün dostum Hikmet Elitaş bəyə təşəkkür edirəm. Allah ömür versin, var olun.”

Qeyd edək ki, “Zəfərlərə Doğru” kitabı Tovuz hadisələrindən başlayaraq Şuşa Zəfərinədək olan dövrü, Azərbaycanın Milli Qəhrəmanlarını, Vətən Müharibəsi Qəhrəmanlarını, eləcə də Azərbaycan–Türkiyə–Pakistan qardaşlığını əhatə edir. Müəllifin digər kitabları – “Vətən Uğrunda”, “Mən Şəhid Olacam Ana” və “Duyğular Dinsin” də vətənpərvərlik və ədəbi mövzulara həsr olunub.

Seçilən
639
qht.az

1Mənbələr