Rusiya ilə tammiqyaslı silahlı münaqişə baş verəcəyi təqdirdə, Şimali Atlantika Alyansı Kalininqrad vilayətini neytrallaşdıracaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı Ordusunun keçmiş komandanı Ben Hoces bildirib.
O, Rusiya anklavının münaqişənin başlamasından sonrakı ilk 24 saat ərzində hərbi amil kimi tamamilə təsirsiz hala gələcəyini proqnozlaşdırıb.
"Rusiyaya Kalininqradı çox tez itirəcəklərini açıq şəkildə bildirmək lazımdır. Onlar bizim buna hazır və qadir olduğumuzu bilməlidirlər", - deyə general vurğulayıb.
General həmçinin blokun öz müdafiə qabiliyyətlərindəki kritik məsələlərə, o cümlədən sursat çatışmazlığına da toxunub.